Dərc edildi: Baxış sayı: 538
“Samsung Galaxy Note 9” 1000 avrodan baha olacaq
İnsayder Roland Kuand özünün “Twitter” səhifəsində Cənubi Koreyanın “Samsung” şirkətinin buraxmağa hazırlaşdığı “Galaxy Note 9” telefonunun təxminin qiyməti haqqında məlumatlar dərc edib.
Fins.az xəbər verir ki, 512 GB daxili yaddaşa malik smartfon alıcılara 1200 avroya başa gələcək. 128 GB baza versiyasına malik telefon isə bazara 1000 avroya çıxarılacaq.
İnsayderin məlumatları daha əvvəl yayılmış məlumatlarla üst-üstə düşmür. Digər məlumatlara əsasən, telefonun başlanğıc versiyası Avropa istifadəçilərinə təqribən 900 avroya satılacaq.
Tərtibatçılar yeniliyi avqustun 9-da keçiriləcək tədbirdə təqdim edəcəklər.
Mənbə: Fins.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət