Samsung Galaxy Note 10-nun təqdimat tarixi internetə sızdırıldı
Yeni Galaxy Note 10 seriyasının təqdimatının yaxınlaşmasına baxmayaraq Samsung şirkəti Galaxy Note 10 haqqında və onun təqdimat tədbiri barəsində məlumat verməyə tələsmir. Buna baxmayaraq yeni smartfon seriyasının təqdimat tarixi barəsində məlumat artıq internetə sızdırılıb. Beləliklə insayderlərin verdikləri məlumata əsasən yeni Galaxy Note 10 seriyasını çox gözləməyə ehtiyac qalmayacaq. Bu barədə Cnet.com saytına istinadən 4pda saytı xəbər verib. Verilmiş məlumata sasən Samsung şirkəti yeni Galaxy Note 10 seriyasını 7 avqust tarixində Nyu Yorkda keçiriləcək Unpacked adlı tədbirdə təqdim edəcək.
Əvvəlki məlumat sızıntılarına əsasən Galaxy Note 10 modeli 3040x1440 piksel keyfiyyətli 6.3 düym Dynamic AMOLED ekran (HDR10+ dəstəkli), Snapdragon 855 / Exynos 9820 prosessoru və 12 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı smartfon qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsindən və Bixby səsli köməkçisinin aktiv olunması üçün ayrıca düymədən məhrum olacaq. Təqdimat tədbirində 4 ədad Galaxy Note 10 modelinin təqdim ediləcəyi gözlənilir. Samsung şirkəti isə öz növbəsində internetə sızdırılmış təqdimat tarixi barəsində fikir bildirməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət