Dərc edildi: Baxış sayı: 633
Samsung dünyanın ilk 5G planşetini təqdim edəcək
Samsung yanvarın 30-da ilk 5G dəstəkli planşet olan "Galaxy Tab S6"nı təqdim etməyə hazırlaşır.
TED.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, cihaz "əyləncə mərkəzi" kimi təqdim olunur – 10,5 düymlük AMOLED ekranı və 4 "Dolby Atmos" dinamikinə malikdir.
Ümumiyyətlə, spesifikasiyalar "Galaxy Tab S6" standart versiyasından fərqlənmir: Snapdragon 855 prosessoru, 7040 mAs batareya, 128 GB daxili yaddaşa malik planşetdə microSD üçün də dəstək var. Cihaz Android 9 Pie əməliyyat sistemilə işləyir. Bu ilin avqustunda isə Android 10-a daşınacağı gözlənilir.
"Galaxy Tab S6"nın başlanğıc qiyməti 990.000 von və ya 1431 manat təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət