Slimfit
  1. TEXNOLOGİYA

“Samsung” 5 nanometrlik çiplərin buraxılışı üzrə zavodun inşasına başlayıb

“Samsung” 5 nanometrlik çiplərin buraxılışı üzrə zavodun inşasına başlayıb
Sakura

“Samsung” 5 nanometrlik çiplərin buraxılışı üzrə zavodun inşasına başlayıb

“Samsung” şirkəti “EUV” litoqrafiyasından istifadə etməklə 5 nanometrlik texnoloji proses normaları əsasında süni intellekt, “HPC” və “5G” çiplərinin buraxılışı üzrə zavodun tikintisinə başlayıb.

Ens.az “ICTnews”-a istinadən yazır ki, müəssisənin növbəti ilin ikinci yarısında işə salınacağı gözlənilir. İnvestisiya həcmi və layihə gücü barədə məlumat verilmir. Zavod şirkətin hazırda yaddaş kartlarının buraxıldığı Pxenthek şəhəri yaxınlığında yerləşən istehsal kompleksinin tərkibində tikiləcək.

Bu, şirkətin çip buraxılışı üzrə yeddinci (Cənubi Koreyada altıncı) müəssisəsi olacaq. Cənubi Koreya istehsalçısının məqsədi kontrakt əsasında istehsal sahəsində “TSMC” şirkətini geridə qoymaqdır və bunun üçün çoxlu vəsait xərcləyir. Məsələn, bir müddət əvvəl “Samsung” Cənubi Koreyanın Xvason şəhərində 7 və 6 nanometrlik çiplərin buraxılışı üzrə zavodu işə salıb və payızadək orada “EUV” litoqrafiyasından istifadə etməklə 5 nanometrlik texnoloji proses üzrə istehsala başlamağı planlaşdırır.

Bu gün kontrakt əsasında istehsal bazarında “Samsung” 20 faiz, “TSMC” 50 faiz paya sahibdir. “Samsung”un strateji məqsədlərinə görə, Cənubi Koreya istehsalçısı 2030-cu ilədək “TSMC” şirkətini üstələyəcək.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR