Slimfit
  1. SİYASƏT

Samir Şərifov Milli Məclisə gəldi

Samir Şərifov Milli Məclisə gəldi
Sakura

Samir Şərifov Milli Məclisə gəldi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Ens.az “Report”-a istinadən xəbər verir ki, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, nazirliyin şöbə müdirləri və deputatlar iştirak edir.

Komitə sədri Tahir Mirkişili iclası açaraq bildirib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı:

"2018-ci il seçkilərində yenidən xalq tərəfindən Prezident seçilmiş İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirmişdi. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib.

Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı.

Aparılan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnmişdir. Belə ki, qeyri-neft sənyesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olmuşdur".

Şəffaflıq səviyyəsini artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərmiş, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb.

2019-cu ildə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparlışmış və cevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılıb".

Komitə sədri deyib ki, bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb:

"Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əmək haqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçmiş, minimum pensiya təminatı 200 manata çatdırılmış, müavinət və əmək haqqılar isə artırılmışdır. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilmişdir. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin ehtiyatlı və imkanları hesabına yerinə yetirilmiş və inflyasiyanın proqnozlaşdırıldığından belə aşağı olmasına səbəb olub.

2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilmiş və problemin həlli üçün müvafiq vəsait ayrılıb. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq.

Bax belə bir iqtisadi şəraitdə 2019-cu ilin dövlət büdcəsi icra olunub. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək verib".

Sonda T.Mirkişili 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğulayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR