Dərc edildi: Baxış sayı: 392
Samboçularımız dünya birinciliyində iki medal qazanıblar
Tbilisidə sambo güləşi üzrə dünya birinciliyinin ikinci gününə yekun vurulub. Yeniyetmə idmançılarımızdan Emin Haqverdiyev (65 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışların ilk günü gənclərdən ibarət yığma komandanın üzvü Fuad Məmmədov (62 kq) gümüş, yeniyetmələrin mübarizəsində Vilayət Bayramov (60 kq) bürünc mükafata sahib olublar. Hazırda komandamızın aktivində 1 gümüş, 3 bürünc medal var.
Yarışlar davam edir. Dünya birinciliyinə oktyabrın 14-də yekun vurulacaq.
Mənbə: SİA
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət