Dərc edildi: Baxış sayı: 493
Sambo üzrə tələbələr arasında dünya çempionatı keçiriləcək
Dekabrın 6-da Serbiyanın Novi Sad şəhərində sambo üzrə tələbələr arasında dünya çempionatı start götürəcək.
Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışlarda ölkəmizi yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Abdulla Abdullayev (74 kq) təmsil edəcək.
Dünya çempionatına dekabrın 9-da yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət