Slimfit
  1. AZƏRBAYCAN

Şamaxının daha 2 kəndinə təbii qaz verilib

Şamaxının daha 2 kəndinə təbii qaz verilib
Sakura

Şamaxının daha 2 kəndinə təbii qaz verilib

Şamaxı rayonunun daha 2 yaşayış məntəqəsinə - Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 106 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 490 abonenti olan Bağırlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 853 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 min 831 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yaşayış məntəqələrinə təbii qazın verilməsi ilə əlaqədar sentyabrın 13-də Bağırlı kəndində açılış mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdəki sürətli inkişafdan, bölgələrdə, o cümlədən Şamaxı rayonunda həyata keçirilən sosial layihələrdən danışıb. Qeyd olunub ki, artıq Şamaxıda qazlaşdırma 95 faizi ötüb. Hazırda rayonun Osmanbəyli, Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə bu yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək bölgələrin sosial-iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra rəmzi məşəl alovlandırılıb, hər iki yaşayış məntəqəsinə təbii qaz verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR