Slimfit
  1. CƏMİYYƏT

Şamaxıda bu yollar yenidən qurulur

Şamaxıda bu yollar yenidən qurulur
Sakura

Şamaxıda bu yollar yenidən qurulur

Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci kilometrindən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26,1 kilometr olmaqla IV texniki dərəcəlidir.

Layihə çərçivəsində yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Tikintinin aparıldığı ərazi 250 min kvadratmetrdən çoxdur.

Şamaxı rayonunun sözügedən avtomobil yolunun yenidən qurulması ilə 5 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılacaq, yol boyu yaşayan 4 minə yaxın əhali rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR