Dərc edildi: Baxış sayı: 354
Şamaxıda 2390 ton kartof istehsal olunub
Şamaxıda kartof yığımı başa çatıb və sahələrdən 2390 ton məhsul götürülüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluq bölgədə ənənəvi sahədir. İlboyu bazarlarda bu məhsula yüksək tələbat olduğundan fermerlər, eləcə də fiziki şəxslər kartof istehsalında maraqlıdırlar. Cari ildə 353,5 hektarda məhsul yetişdirilmişdi ki, bu da ötən ildəkindən 86 hektar çoxdur. Məhsul istehsalı da keçən ilə nisbətən 619 ton artıb.
Qeyd edək ki, kartofçuluğa rayonun şimal dağlıq ərazilərində, o cümlədən bu il 79 hektar sahədən 530 ton məhsul götürülən Qızmeydanda, Hacılıda, Çuxuryurdda, Ərçimanda maraq daha böyükdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət