Şamaxı Rəsədxanasında "Zeiss 600" teleskopuna yeni cihaz quraşdırılıb
Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) parlaqlığı çox zəif olan səma cisimlərinin fotometrik müşahidələrinin aparılması üçün "Zeiss-600" teleskopunun optik gücü artırılıb.
Rəsədxanadan Trend-ə verilən məlumata görə, bunun üçün ŞAR-ın bir qrup əməkdaşı tərəfindən təkmilləşdirmə işləri aparılıb, teleskopda Celestron F/6.3 fokus reduktoru quraşdırılıb. Nəticədə teleskopun işıq gücü 1.6 dəfəyədək artırılıb. Bu isə daha zəif ulduz ölçüsünə (18m-19m) malik obyektlərin, qalaktika və dumanlıqların müşahidə edilməsinə imkan verir. Bu cür təkmilləşdirilmədən sonra bu teleskopda ŞAR-ın da yaxından iştirak etdiyi Avropanın GRANDMA proyektinin proqramına uyğun olaraq neytron ulduzların və qara dəliklərin katastrofik alışmasının izlərinin müşahidəsi mümkün olacaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət