Slimfit
  1. DÜNYA

Samaradan Bakıya birbaşa təyyarə reysləri başlayacaq

Samaradan Bakıya birbaşa təyyarə reysləri başlayacaq
Sakura

Samaradan Bakıya birbaşa təyyarə reysləri başlayacaq

Bakı, 6 yanvar, SalamNews. Yanvarın 15-dən etibarən Rusiyanın Samara şəhərindən Bakıya birbaşa reyslər açılacaq.

SalamNews-un “Aviashop.ru” saytına istinadən verdiyi xəbərə görə, reysləri “İrAero” aviaşirkəti həyata keçirəcək.

Həftənin çərşənbə günləri Samaranın “Kurumoç” hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına və əksinə həyata keçiriləcək uçuşların ümumi müddəti 2 saata qədər çəkəcək.

“İrAero”nun uçuş cədvəlinə görə, saat 01:20-də “Kurumoç” hava limanından qalxan təyyarə Bakı vaxtı ilə 03:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına, 04:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxan təyyarə isə 06:00 “Kurumoç” hava limanına çatacaq.

Hələlik reysin hansı növ təyyarə ilə həyata keçiriləcəyi açıqlanmayıb. 

Xatırladaq ki, 2019-cu ilin sentyabrında Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “İrAero”ya Tümen, Samara və Permdən Bakıya uçuşlar təşkil etmək üçün icazə verib. “Rosaviasiya”nın qərarına görə, uçuşlar həftədə iki dəfə yerinə yetiriləcəkdi.

"IrAero" həmçinin Rostovdan da Bakıya uçuşlar həyata keçirməkdə maraqlı olduqlarını açıqlamışdı. Hazırda "IrAero" Çelyabinsk, Orenburq və Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR