Dərc edildi: Baxış sayı: 365
Salyanda küçədə tapılan yeni doğulmuş körpənin son durumu açıqlanıb
Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) bu gün saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yerləşdirilərkən körpənin temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və fizioloji sarılıq qeydə alınıb.
Qeyd olunub ki, körpəyə zəruri tibbi xidmətlər göstərilib, tibb müəssisəsinin Pediatriya şöbəsinə köçürülüb. Çəkisi 1 950 kq olan körpənin hazırda vəziyyəti kafidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət