Slimfit
  1. AZƏRBAYCAN

Salyanda indiyədək tədarük olunan pambığın 70 faizdən çoxu maşınlarla yığılıb

Salyanda indiyədək tədarük olunan pambığın 70 faizdən çoxu maşınlarla yığılıb
Sakura

Salyanda indiyədək tədarük olunan pambığın 70 faizdən çoxu maşınlarla yığılıb

Salyanda pambıq yığımının qızğın dövrüdür. Fermerlər yetişdirdikləri məhsulu qısa müddətdə və itkisiz toplamaq üçün var qüvvələrini sərf edirlər. Plantasiyalardan hər gün 350-360 ton məhsul yığılaraq qəbul məntəqələrinə göndərilir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il salyanlı pambıqçılar 7055 hektar sahədə pambıq əkiblər. Torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli kömək nəticəsində sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yığım kampaniyasına yaxşı hazırlıq görülüb, texnikadan istifadəyə diqqət artırılıb. Bunun nəticəsidir ki, indiyədək tədarük olunan 4 min 907 ton məhsulun pambığın 70 faizə yaxını maşınların köməyi ilə yığılıb.

Rayonda pambıq yığımında yüksək nəticəyə nail olan fermerlər çoxdur. Onlardan biri də Xalaç kənd sakini Rəsul Rəhimovdur. O, uzun illər təsərrüfatda çalışsa da, pambıq əkini ilə ötən ildən məşğul olur. Birinci il becərdiyi sahənin hər hektarından 25 sentner məhsul götürən sahibkar qazandığı uğurdan ruhlanaraq bu mövsüm 40 hektar sahədə pambıq əkib.

Rəsul Rəhimov deyir ki, son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli kömək, verilən əlavə subsidiyalar digər istehsalçılar kimi onun da bu sahəyə marağını artırıb. O, göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirmək niyyətindədir.

Qeyd edək ki, bu il Salyanda 14 min ton pambıq istehsalı nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR