Slimfit
  1. AZƏRBAYCAN

Salyanda həyətyanı sahədən qədim məişət əşyaları tapılıb -

Salyanda həyətyanı sahədən qədim məişət əşyaları tapılıb -
Sakura

Salyanda həyətyanı sahədən qədim məişət əşyaları tapılıb -

Salyan rayonunun Qırxçıraq kəndində, Mirişovlar ailəsinin həyətyanı sahəsində qədim məişət əşyaları tapılıb.

 Xezerxeber.az-ın məlumatına görə, üzərində xüsusi naxışlar olan daş parçaları, müxtəlif saxsı qablar və digər əşyalar müxtəlif vaxtlarda həyətdə şum və qazıntı işləri aparılarkən aşkarlanıb. Ailə üzvləri maddi-mədəniyyət nümunələrini bir yerə toplayıblar. Tapıntılar arasında olan bəzi əşyalar hələ də öz ilkin formasındadır.

 Bir neçə gün əvvəl isə həyətyanı sahədə texnika ilə şum aparılarkən yerin altından üzərində xüsusi naxışları olan daş parçasının qalıqları üzə çıxıb. Tarixçilərin fikrincə, Mirişovlar ailəsinin həyətyani sahəsində aşkar olunan maddi-mədəniyyət nümunələri təxminən orta əsrlərə aiddir. Həmin nümunələr tədqiq olunarsa, Salyanın tarixi ilə bağlı maraqlı məqamlar üzə çıxa bilər.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR