Dərc edildi: Baxış sayı: 268
Salyanda hərbçilərin ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ
Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 hərbi qulluqçumuz dəm qazından zəhərlənərək həlak olub.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, onların ölüm faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət