Slimfit
  1. AZƏRBAYCAN

Salyanda 1 gündən çox elektrik dirəyində qalan pişik xilas edilib

Salyanda 1 gündən çox elektrik dirəyində qalan pişik xilas edilib
Sakura

Salyanda 1 gündən çox elektrik dirəyində qalan pişik xilas edilib

Salyan rayonunda köməksiz vəziyyətdə qalan pişik xilas edilib.

Report”un Aran bürosu xəbər verir ki, bu maraqlı hadisə rayonun Şorsulu kəndində baş verib.

Sahibsiz itlərdən xilas olmaq üçün elektrik dirəyinə dırmaşan pişik 1 gündən çox ac-susuz köməksiz vəziyyətdə qalıb. Onun səsini eşidən kənd sakinləri həmin əraziyə gəliblər.

Heyvanın xilası üçün Salyan Elektrik Şəbəkəsinin Şorsulu kəndi üzrə elektriki Həsən Hüseynov hadisə yerinə çağrılıb. Təhlükəsizliyi təmin etmək məqsədi ilə əvvəlcə elektrik verilişi dayandırılıb, sonra elektrik dirəyə çıxıb və pişiyi heç bir xəsarət yetirmədən aşağı düşürüb. Xilas olunan pişik küçəyə buraxılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR