Salyan DYP-yə yeni rəis təyin edilib
Salyan Dövlət Yol Polisinə yeni rəis təyinatı olub.
Ens.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə baş-leytenant Tural Namazov Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin daxili tədqiqat yoxlaması nəticəsində Salyan DYP-nin rəisi Orxan Qəribov, rəis müavini Əsəd Əsədov, inspektor Raqib Dəmirov, İstintaq bölməsinin rəisi Kərim Xələfov, Əməliyyatçı İntiqam Dəmirov və daha 2 nəfər tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.
Bundan başqa Salyan Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini İlqar Şabanov da tutduğu vəzifədən azad olunaraq Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəis təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət