Dərc edildi: Baxış sayı: 844
Salman Mümtaz - Ənvəriyyə
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,
Dağıtdın xavəri-islamdən küffar kabusun.
Məsaciddən dilərdi rus asa öz nəhs naqusun,
Gəbərdib, torpağə sərdin həyasız niyyətin rusun
Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər,
Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət