Dərc edildi: Baxış sayı: 323
Saleh Məmmədov sürüşmədən danışdı: "Bu, bir günün işi deyil"
Xəbər verdiyimiz kimi, Bakının Bibiheybət yolunda sürüşmə hadisəsi baş verib və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hurriyyet.org-un məlumatına görə, sürüşmə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov Unikal.org-a eksküluziv açıqlamasında bildirib ki, sürüşmə ilə bağlı araşdırma aparılır:
"Yoldakı sürüşməni aradan qaldırmaq üçün vaxt lazımdır. Bu bir günün işi deyil. Yolun altında təkan olduğu üçün təbii sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində istinad divarları çöküb. Hazırda aidiyyatı dövlət qurumları araşdırma aparılır. Geoloji araşdırmalardan sonra məlum olacaq ki, hansı tədbirləri görmək olar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət