Dərc edildi: Baxış sayı: 434
Sakinlər: 'Metronun qarşısında tikilən bina təhlükə yaradır'
Bakı şəhəri, Binəqədi rayonu, metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında yaşayan və gündəlik həmin ərazidən keçən sakinlər tikinti aparılan binada təhlükəsizlik tədbirlərinin görülməməsindən şikayətçidirlər. Onlar tikinti zamanı kranda baş verə biləcək xırda nasazlığın, fəhlələrin ehtiyatsızlığının, habelə digər hadisələrin faciəyə səbəb olacağından narahatdırlar.
“Report” əməkdaşları adıçəkilən əraziyə baş çəkib və sakinlərin fikirlərini öyrənib.
Tikinti işlərini həyata keçirən "Kristal Abşeron" şirkəti məsələ ilə bağlı açıqlama vermək istəməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət