Dərc edildi: Baxış sayı: 704
Şair Məmmədhüseyn - Yəni nə
Bir mərd ilə ülfət qılsan mərdanə,
Namərd ilə ülfət qılmaq, yəni nə?
Müxənnətlər yaxşı gündə dost olur,
Yaman gündə keçib gedər yönünə.
Həqiqət şərtilə baxginən sözə,
Qiyamət pərdəsin çəkərlər üzə.
İgid odu qan yatıra, iş düzə,
Hər qovğaya qarışmağın, yəni nə?
Ağıl qumaş deyil, kimsənə satmaz,
Əsli comərd olan zikirsiz yatmaz.
Gedən getdi, bir də geri qayıtmaz,
Dalısınca peşman olmaq, yəni nə?
Məmmədhüseyn deyər söhbət dəmində,
Bərabərin yoxdu ruyi-zəmində.
Ürfan məclisində, söz var çəmində,
Hərca deyib danışmağın yəni nə?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət