Dərc edildi: Baxış sayı: 640
Şair Məmmədhüseyn - Yaxşıdır
Bir adam ki, sənlə ülfət eyləyə,
Yəqin onun əsli-zatı yaxşıdır.
Namərd sənə quzu-plov yedirtsə,
Mərdin quru məhəbbəti yaxşıdır.
Dad-hazar çəkərəm, pərgarsız sazdan,
Ver qurtar əlindən, nəzir-niyazdan.
Gəzəyən gəlindən, güləyən qızdan,
Söyləyən qarıdan lotu yaxşıdır.
Hərcayı sözlərdən dəng oldum başdan,
Sallabaş adamdan, ciyəri daşdan.
Bədnəzər qonşudan, yaman yoldaşdan,
Qədir bilənlərin iti yaxşıdır.
Məmmədhüseyn deyər, kəlməsin teydən,
Dərsini alıbdı Əlifdən-beydən,
Gözəlsiz otaqdan, çörəksiz evdən,
Çöllü-biyabanda otu yaxşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət