Dərc edildi: Baxış sayı: 487
Şair Məmmədhüseyn - Yara canımı
Qınamayın, ilqar, iman yolunda,
Mən qurban demişəm yara canımı.
Çəkərəm cəfasın lap bu yolun da,
Əyyub kimi basa yara canımı.
Vəfasıza uyan solar, saralar,
Qürurunu nadan alar, sar alar.
Sardan törəyənin özü sar olar,
Sar qapısın sadiq yar açanımı?
Məmmədhüseyn təmiz yar aşığıdı,
Düz əhd sevənlərin yaraşığıdı.
O kəs ki, ömrümün yaraşığıdı,
“Of” demərəm, şaqqa yara canımı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət