Dərc edildi: Baxış sayı: 746
Şair Məmmədhüseyn - Ya Əli
Haqq-taalanın aslanısan,
Doğru billəm, ya Əli!
Kimsə bilməz sənin sirrin,
Sirri-cansan, ya Əli!
Qəriblərin pənahısan,
Mehribansan, ya Əli!
Abi-Kövsər saqisisən,
Həm səxasan, ya Əli!
Getdin ol Merac üstünə,
Haqqa salam eylədin.
Sən xaliqsən, mən məxluqam,
Ol Xudaya söylədin.
Cəbrayıla ustad oldun,
Tərifini eylədin.
Ustadlara rəhmət gəldi,
Şiri-Haqsan, ya Əli!
Məmmədhüseyn sənə qurban,
Ya ərənlər sərvəri.
Fəth etdin Kuhi puluçu,
Neçə-neçə tilsimləri.
Öldürdün Salsaltək şahı,
Aldın o, Şəhrizarı.
Kərəm eylə məhşər günü,
Ağam sənsən, ya Əli!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət