Dərc edildi: Baxış sayı: 594
Şair Məmmədhüseyn - Xanım
Atan köpək saldı məndən aralı,
Astadan göz yaşın süzdürən xanım.
İki cavan, iki könlü yaralı,
Səni o, çal oldu bezdirən, xanım.
Aldanıb dövlətə, gəldinmi cana,
Ağlayıb bağrımı döndərmə qana.
Hacı büləndirib al-əlvan dona,
Yaxasına dürrü düzdürən xanım.
Məmmədhüseynə yoxsul dedin ar oldu,
Əldən uçdun dünya mənə dar oldu.
Nədən belə o, gül camalın soldu,
Adını dillərdə gəzdirən xanım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət