Dərc edildi: Baxış sayı: 618
Şair Məmmədhüseyn - Qayıtdı
Bir maral balası, tərlan cilvəli,
Gəldi, məni gördü, baxdı, qayıtdı.
Pünhanı göstərdi gül camalını,
Tər üzünə şəbnəm axdı, qayıtdı.
Mən görmüşəm gözəllərin çoxunu,
Belə olmaz amma boyu-buxunu.
Müjganından çəkdi xatəm oxunu,
Yaralı sinəmə çaxdı, qayıtdı.
Gözləyərkən gözlərimə sataşdı,
Müjgan könlüm eşq oduna alışdı.
Şəhrahidan qıyqac baxıb ötüşdü,
Məmmədhüseyni oda yaxdı, qayıtdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət