Dərc edildi: Baxış sayı: 672
Şair Məmmədhüseyn - Qadan alım
Asta yeri, izin ilə gəzən var,
Ayaq saxla, dərdim bil, qadan alım.
Mən sənə can deyim, sən də mənə yar,
Hərdən şirin-şirin gül, qadan alım.
Eşqinlə yaşadım uzun illəri,
Məcnuntək dolandım sizin elləri.
Görmürəm üzünü nə vaxtdan bəri,
Axan göz yaşımı sil, qadan alım.
Məmmədhüseynin eşqi, sözü, istəyi,
Xoş arzusu, xoş söhbəti, diləyi,
Gəl insafa, at üzündən örpəyi,
Həsrətli könlümü al, qadan alım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət