Dərc edildi: Baxış sayı: 581
Şair Məmmədhüseyn - Oxşa məni
Mehriban sənəmim, şöhrətim mənim,
Aşiqinəm dərdim bil, oxşa məni.
Hicranın güclüdür dözməyir qəlbim,
Astadan üzümə gül, oxşa məni.
Özün etdin məni dərdə mübtəla,
A qaşları qara, a gözü ala.
Qoyma bu dərd məndə ömürlük qala,
A bəstə boy, şirin dil, oxşa məni.
Mail olub səndə bu yetkin çağa,
Məmmədhüseyn canın verdi sadağa.
Kim can deməz sənin kimi qonağa,
Qal yanımda bütün il, oxşa məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət