Dərc edildi: Baxış sayı: 553
Şair Məmmədhüseyn - Neçədir
Məndən salam olsun arif olana,
Bu dünyada zahir olan neçədir?
Ərşdə cəm olunan əziz Quranın,
İçində yazılan nunu neçədir?
Hümmət olan əzizliklə oxurlar,
Cəmi məxluqatlar ona baxırlar.
Mən bilirəm səndən xəbər alırlar,
Quranın içində sini neçədir?
Məmmədhüseynəm, dürüst mənə bax indi,
Deməynən ki, bir gədaydı toxundu.
Ərşdə Quran cəm olundu oxundu,
Quranın içində mimi neçədir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət