Dərc edildi: Baxış sayı: 811
Şair Məmmədhüseyn - Nə var
Kasıba, yoxsula, elə dolaşan,
Zatdan qırıq olar, qayğıdan kənar.
Hər çirkin əmələ yol verər insan,
Əgər gözləməsə, namus, qeyrət, ar.
“Beş günlük” dünyadı, beş gün yaşarsan,
Yaxşılıq et, ad-san qazan bacarsan.
İmanı unudub, əyri iş tutsan,
Axır gündə olmaz sənə Xudam yar.
Məmmədhüseyn insan olan kəslərə,
Can qurban eyləyər gündə min kərə.
Hər kəs əməlindən gedər məhşərə,
Səxavət əhlinə nə dövlət, nə var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət