Dərc edildi: Baxış sayı: 746
Şair Məmmədhüseyn - Mənim (qoşma)
Qürbət eldə, yad məkanda qalmışam,
Yoxdur bir yadına salanım mənim.
Qüssədən alışıb yanan olmuşam,
Hanı o, qayğıma qalanım mənim.
Gündə üç yol dolanırdım başına,
Qail idi mülkə, torpaq, daşıma.
Fələk yaxşı zəhər qatdı aşıma,
Hanı bir qisasım alanım mənim.
Könül yaman dərdə, qəmə batıbdır,
Bir əzabdan o birinə çatıbdır.
Məmmədhüseyn, oyan bəxtin yatıbdır,
Hanı qəm əlindən alanım mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət