Dərc edildi: Baxış sayı: 672
Şair Məmmədhüseyn - Lalə
Səni gördüm yada düşdü,
Al yanaqlı yarım, lalə.
İntizarın üzüb məni,
Dedim elə varım, lalə.
Ləçəklərin qırmızıdı,
Könlümün telli sazıdı.
Dağların sənəm qızıdı,
Oxşarın gül, barım, lalə.
Yazda idi xeyir işim,
Sən açmısan nə təşvişim.
Məmmədhüseynəm, tez yetişim,
Bircə işi sarım, lalə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət