Dərc edildi: Baxış sayı: 592
Şair Məmmədhüseyn - İstərəm-Çağırram pirim Əlini
Çağırram pirim Əlini,
Ağamnan imdad istərəm.
Cəbrayılın şapərini,
Atannan imdad istərəm.
Sığındım Əlitək mərdə,
Eləsin dəvayi-dərdə.
Qul edib özün Bərbərdə,
Satannan imdad istərəm.
Əlinin Abbas balası,
Darda qalanın çarası.
Min batman Xeybər qapısı,
Açannan imdad istərəm.
Məmmədhüseynin bu çağını,
Fələk, qırma budağını.
O ağ divin barmağını,
Çatannan imdad istərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət