Dərc edildi: Baxış sayı: 598
Şair Məmmədhüseyn - İndi
Haqq yanında budur sözüm əzəli,
Əs ey gözüm, badı murad, əs indi.
Aləmə muradın verə ney yeli,
Əs ey gözüm, badı murad, əs indi.
Ərənlər sərvəri ya Şahi-Vəli,
Ərşin sütunusan, yerin ləngəri.
Cəbrayıl şapərin çöyür sən bəri,
Əs ey gözüm, badı murad, əs indi.
Məmmədhüseyn deyər, Xızır peyğəmbər,
Yetişsin dadıma mətləb verənlər,
Yön çöyürüb sənə dostum deyənlər,
Əs ey gözüm, badı murad, əs indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət