Slimfit
  1. ƏDƏBİYYAT

Şair Məmmədhüseyn - Haqdan peyğəmbərə salam

Şair Məmmədhüseyn - Haqdan peyğəmbərə salam
Sakura

Şair Məmmədhüseyn - Haqdan peyğəmbərə salam

Alimlər qövmüynən arifi aqil,
Peyğəmbər mehraca dörd dəfə getdi.
Cəm olundu otuz altı, on yeddi,
Xəstə dilim bu yollara bələddi.

Hər yandan səs gəldi ya Məhəmmədə,
Məscid Ələqsaya yetişdi səda.
Musa ərz eylədi, ya bərri Xuda,
Nə qurğu, nə büsat, nə fəzilətdi.

Pərdeyi-hicabətdən bir dəsti gəldi,
Yedilər təamı, almanı böldü.
Xilqəti, xülqəti, zatı gövhərdi,
İnan bu sözlərim bil həqiqətdi.

Əşrəfi məxluqat, aləm sərvəri,
Oxudu Tövratı, qayıtdı geri.
Hüreyi-qılmandan endi min pəri,
Əmr olundu haqdan göyü bəzətdi.

Həbibullah mindi rəf-rəfi atı,
Qadir mövlam özü verdi baratı.
Bizə vacib olan somu salatı,
Üç hissəsin qoyub, birin götürdü.

Yetişdi dərgaha Əliyyül Əzim,
Şahi-Mərdan etdi göylərə təzim.
Buyurdu almanı, etdi tənəzzüm,
Ya Əli, hər işin sirri qüdrətdi.

Peyğəmbər aldı nurdan dəstəmaz,
Əta eylədi yüz rükət namaz.
Haqqa üz çevirib eylədi niyaz,
Xudaya təvəqqem səndən hümmətdi.

Bağışlandı hümmətlərin günahı,
Şadü xürrəm oldu islam pənahı.
Gələndə Mustafa gördü o rahı,
Görüncə Mustafa xəbabın atdı.

Haqdan peyğəmbərə yetişdi salam,
Gəldi şiri-pirinc qoyuldu təam.
Peyğəmbər ərz eylədi, qibleyi-aləm,
Yalqız təam yemək bizə günahdı.

Quranda oxunan suliddin beşdi,
Üç mələk bilmədi müqərrəm keşdi.
Fərmanı qüdrətdən nida yetişdi,
Həbibullah elmi ərşə zinətdi.

Şairin sinəsi haqq bazarıdı,
Satdığı kəlamlar dürr, mirvarıdı.
Alimin elmiynən helmi yarıdı,
Həcvi hədyan demək nahaq söhbətdi.

Məmmədhüseyn deyər, azmı kamalım?
Varım gedim bir ustaddan dərs alım?
Oxudum, öyrəndim, oldu öz malım,
Bizdən ustadlara nəf rəhmətdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR