Dərc edildi: Baxış sayı: 614
Şair Məmmədhüseyn - Hacı
Var-dövlət dediyin bir əl çirkidi,
Çox da qürrələnib öyünmə, Hacı.
Qoca yaşda türfə qönçə dəribsən,
Könlü deməz səni, söyünmə Hacı.
Yaxşı olar tapa taylı tayını,
Gül neyləyər bülbüllərin zayını.
Saxlaya bilməzsən eşqin yayını,
Sonra peşman olub, deyinmə Hacı.
Demə, Məmmədhüseyni varla bağladın,
Bağrın başın çalın-çarpaz dağladın.
O zaman ki zülüm-zülüm ağladın,
Deyərəm, diri dur, üyünmə, Hacı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət