Dərc edildi: Baxış sayı: 668
Şair Məmmədhüseyn - Güləndam
Hicran dərdi peyman edib halımı,
Vurdu ürəyimə yara, Güləndam.
İşvə-nazın lap aparıb ağlımı,
Dərdli könül istər çara, Güləndam.
Göz açandan səni sevib-seçmişəm,
Röyada əlindən badə içmişəm.
Bir canım var inan qurban etmişəm,
Qoynundakı bağça-bara, Güləndam.
Bir mələk misalsan, alma canımı,
Gəl atəşə, oda salma canımı.
Məmmədhüseynəm, tök yolunda qanımı,
Aldanma dövlətə, vara, Güləndam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət