Dərc edildi: Baxış sayı: 466
Şair Məmmədhüseyn - Gül üzə-üzə
Yarım, çıx görüşə seyr edək bağı,
Gəzək çəmən boyu gül üzə-üzə.
Salma ürəyimə gəl yaman dağı,
Tökmə qaş-qabağı, gül üzə-üzə.
Bəsdi çəkdin varlığımı sən dara,
Atma məni yaman günə, gəl dara.
Qara zülfə vur darağı, yar, dara,
Mən də mahnı deyim, gül üzə-üzə.
Məmmədhüseynin ol ömrünün yarağı,
Öz əlinlə ver içərəm, yar, ağı.
At qaranı, geyin-kecin, yar ağı,
Sevinim, çıxıbdı gül üzə, üzə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət