Dərc edildi: Baxış sayı: 335
Şair Məmmədhüseyn - Gözəl
Kirpiyindən atılan ox,
Ürəyimə tuşdu, gözəl.
Bir dəfə baxdın mənə,
Canım oda düşdü, gözəl.
Yandırır eşq atəşi,
Söylə kimdi suşdu, gözəl.
Aşiqi yoldan eyləyər,
Bu nə göz-qaşdı, gözəl.
Apardın olan ağlımı,
Qulac-qulac saşdı, gözəl.
Gözəllər gözəlisən,
Ol başımın sərvəri.
Geriyə qaytararsan,
Camalınla sən ülkəri.
Hansı səmtə var axarın,
Hurisən, yoxsa pəri.
Kim gəlməz ziyarətə,
Sənin kimi şux dilbəri.
Tərifin Rumu, Misri,
Firəngi də aşdı, gözəl.
Məmmədhüseynəm, iltimasa,
Gəlmişəm dərgahına.
Yandırıb kül eyləmə,
Düşərsən eşqin ahına.
Neyləsin yazıq könül,
Sən çıxdın urcahına.
Qul ollam qulluğunda,
Gözəllərin bir şahına.
İnsaf et sənsiz ömrüm,
Bu dünyada puşdu, gözəl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət