Dərc edildi: Baxış sayı: 539
Şair Məmmədhüseyn - Gözəl
Axı neyləmişəm qıyqac baxırsan,
Dönübsən sıyrılmış qılınca, gözəl.
Dərdli Məcnun kimi gəzib dolannam,
Qolumu boynuna salınca, gözəl.
Hüsnünə müştağam, doymaram səndən,
O püstə dahandan, o şirin dildən.
Tutmuşam yaxanı, qoymaram əldən,
Dərdimə dərmanı alınca, gözəl.
And olsun tanrıya, o Paki Nura,
Üzünü görməsəm getmərəm gora.
Fəqir Məmmədhüseyn düşübdü tora,
Mələr ahu kimi alınca, gözəl.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət