Dərc edildi: Baxış sayı: 577
Şair Məmmədhüseyn - Gəlmişəm (Eşitdim sədanı, a minagərdən)
Eşitdim sədanı, a minagərdən,
Gecə-gündüz uça-uça gəlmişəm.
Şəkər dodaqlardan balı əmməyə,
Sayma məni belə, qoca gəlmişəm.
Neçə günlük yolu qəsd edib cana,
Soyuqda, çovğunda mən dona-dona.
Tamaşa qılmağa bala ceyrana,
Ay, ay qabaq, boyu uca, gəlmişəm.
Xəbər bildim, aşıqlarla yağısan,
Məmmədhüseynin bağçasısan, bağısan.
Söylə görüm bu meydana hazırsan?
Səndən bac almağa, baca gəlmişəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət