Dərc edildi: Baxış sayı: 618
Şair Məmmədhüseyn - Gəlməz
Hərcayıya söz açarsan ədəbdən,
İrişər, anlamaq huşuna gəlməz.
Əyrilərin göz-başına döyməsən,
Düz yola qayıtmaq guşuna gəlməz.
Nadanlar özünü arif sanarlar,
Nə görüb-götürər, nə də qanarlar.
Əməlləri açılanda danarlar,
Nəsihət eşitmək xoşuna gəlməz.
Məmmədhüseyn, nadürüstdən qaçaq ol,
Ellə dolan, ellə şadlan, xoş çağ ol.
Arlıya ar, arsıza sərt bıçaq ol,
Bir daha harfalar tuşuna gəlməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət