Dərc edildi: Baxış sayı: 600
Şair Məmmədhüseyn - Dilim
Bir yerə düşəndə anla yerini,
Gətirmə başıma bəlanı, dilim.
Doğru söylə, düz danışıb ad qazan,
Tanıtma özünə yalanı, dilim.
Ədəb gözlə, nəzakətin var olsun,
Düzlük sənə ömür boyu yar olsun.
Nə yersiz et, nə desinlər ar olsun,
Artırma, ərz eylə olanı, dilim.
Məmmədhüseyni yaman etmə arada,
Əskik olmaz yaman kəsdən heç qada.
Axır bu yaşımda verərsən bada,
Dindir xoş kəlamı olanı, dilim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət