Slimfit
  1. ƏDƏBİYYAT

Şair Məmmədhüseyn - Demişəm

Şair Məmmədhüseyn - Demişəm
Sakura

Şair Məmmədhüseyn - Demişəm

Canımı ay nazənin,
Yolunda qurban demişəm.
Görəndə ay camalın,
Min dəfə əhsən demişəm.
Daldada, həm aşkarda,
Cani-dildən can demişəm.
Hökm eylə çatır ərkin,
Sənə sultan, xan demişəm.
Al məni qucağına,
Busəni leysan demişəm.

Mürvəti yad eylə sən,
Aşiqinə vermə cəfa.
Zülm etmək günah işdi,
Əlin götür gəl insafa.
Deyək, gülək ömür boyu,
Gəşt eyləyək sürək səfa.
Bu dünya beş günlükdü,
Olma onuntək bivəfa.
Gülər üz, ayna qabaq,
Sənə xoş lisan demişəm.

Gözəllik aləminə,
Təzəcə qoymusan qədəm.
İncitmə ol qəlbimə,
Həm sevinc, həm də həmdəm.
Səninlə dövran sürənə,
Bu dünyada nə dərd, nə qəm.
Məmmədhüseynin düz möhüvün,
Həsrətinə çək bir əncam.
Gəl quluna kərəm eylə,
Sənə şövkət-şan demişəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR