Dərc edildi: Baxış sayı: 330
Şair Məmmədhüseyn - Dağlar
Başının dolağı buz qatlarıdı,
Ətəyin behiştdən gözəldi, dağlar.
Atıbsan üstündən qarı, çovğunu,
El deyir əhdinə düzəldi dağlar.
Neçə Süleymanlar yola salıbsan,
Neçə zəmanəyə külüng çalıbsan.
Özün gör necə də cavan qalıbsan,
Kim deyər, hər şeydən əzəldi dağlar.
Səf-səf olub düzülübsən yanbayan,
Gör necə nizamlı hörüb Yaradan.
Məmmədhüseyn olub qurğuna heyran,
Açdığın büsata mətəldi, dağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət