Dərc edildi: Baxış sayı: 550
Şair Məmmədhüseyn - Çat dada
Nə dedim ki, elə küsüb-incidin,
Qorxuram ki, bu dərd məni çatdada.
Sən ömrümə sevinc idin, incidin,
Yarsız qalan canım indi çatda, da.
Arxanca çox gəzdim, qurdum alaçıx,
Daha bəsdi, çəkmə məni ala, çıx.
Gəl barışaq, nə küs, nə də al acıx,
Xəstə düşdüm, yetiş dada, çat dada.
Gəl yenə də işvə ilə, naz ilə,
De kim qıyar, yar qüssədən nazilə.
Məmmədhüseyn çəkər qəmin, Nazilə,
İntizarın bağrım yara, çatdada.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət