Dərc edildi: Baxış sayı: 693
Şair Məmmədhüseyn - Bilməz
İrəvan səfada nə qədər xoşsa,
Bizim yaylaqlara tay ola bilməz.
O buzlu bulaqsız, yaşıl çəmənsiz,
Ömrə yarar nə il, ay ola bilməz.
Hələ şehli-şehli tər bənövşədən,
Dəstə-dəstə topla, dər bənövşədən.
Öpüb dilbərini tax döşü üstdən,
Yara bundan gözəl pay ola bilməz.
Əlvan çəmən, bir istəkli, bir də sən,
Hər yan lalə, nərgiz, hər tərəf gülşən.
Məmmədhüseyn, zövq al yar gülüşündən,
Öpüşə görüşdə say ola bilməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət