Dərc edildi: Baxış sayı: 575
Şair Məmmədhüseyn - Ay süzə-süzə
Bir bahar göründü gülşən içində,
Qara gözlərini ay süzə-süzə.
Atdı örpəyini göründü üzü,
Elə bildim keçir ay süzə-süzə.
Bir söz dedim, saldı məni dil dara,
İncimərəm, çəksin şirin dil dara.
Kim can deməz belə gözəl dildara,
Eşqin piyaləsin ay süzə-süzə.
Xəyalımdan huri-qılman dolandı,
Dedim xoşbəxt o qəlbimə dolandı.
Məmmədhüseyn pak eşqinlə dolandı,
Dövran açar sənə, ay süzə-süzə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət