Slimfit
  1. ƏDƏBİYYAT

Şair Məmmədhüseyn - Axund Əsgərlə deyişmə

Şair Məmmədhüseyn - Axund Əsgərlə deyişmə
Sakura

Şair Məmmədhüseyn - Axund Əsgərlə deyişmə

Axund Əsgər
Səndən xəbər alım, ay əmri maarif,
O, nə idi ərşdən araya gəldi?
Kimiydi meydanda durdu, çağırdı,
O, nə idi mindi oraya gəldi?

Məmmədhüseyn
Haqq özü əmr etdi Məhəmməd üçün,
Qurani-lətifdi araya gəldi.
Salsaldı meydanda durdu çağırdı,
Əli Düldül ilə oraya gəldi.

Axund Əsgər
Kim idi dünyanı bir qərəl bildi?
Kim idi səhrada gəzirdi buldu?
Kimiydi buyurdu, kimiydi endi?
Kimiydi yanınca oraya gəldi?
 
Məmmədhüseyn
Vəssalam dünyanı bir qərəl bildi,
Talibdi səhrada gəzirdi buldu.
Haqq-taala əmr etdi Cəbrayıl endi,
Salam da yanınca oraya gəldi.

Axund Əsgər
Mən Axund Əsgərəm, oxuram billah,
Ayətəl Quranı Səmədülillah.
Söylə nədən zöhr olundu Seyfullah,
Onlar hardan çıxdı oraya gəldi?

Məmmədhüseyn
Şair Məmmədhüseynəm, oxuram billah,
Ayətəl Quranı Səmədülillah.
Bir almadan zöhr olundu Seyfullah,
Düldül daşdan çıxdı oraya gəldi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR